Cavad Zərif Azərbaycana gəldi

Cavad Zərif Azərbaycana gəldi
  16 Fevral 2015    Oxunub:1405
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana rəsmi səfəri başlayıb.
AzVision.az xəbər verir ki, İranın XİN rəhbəri artıq Bakıdadır.

O, ölkəmizə səfəri çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Nazir səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi M.C. Zərifi Dağlıq Qarabağ münaqişəsinin son hadisələri, eləcə də Bakının bu məsələ üzrə mövqeyi barədə məlumatlandıracaq.


Teqlər:



Xəbər lenti