Azərbaycanda mobil telefonlar bahalaşıb

Azərbaycanda mobil telefonlar bahalaşıb
  16 Fevral 2015    Oxunub:3742
Azərbaycana idxal edilən mobil telefonların sayı azalıb, qiymətləri isə bahalaşıb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2014-cü ilin yekunu üzrə Azərbaycan 51 milyon dollar məbləğində 88 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal edib.

2013-cü illə müqayisədə keçən il Azərbaycana idxal edilən mobil telefonların sayı 6 faizdən çox azalıb, qiymətdə isə 22,4% artım müşahidə olunur.

Müqayisə üçün, 2013-cü ildə ölkəyə 94,5 mindən çox telefon gətirilib.

Dövlət Komitəsindən bildirilib ki, ölkəyə hər ay orta hesabla 7 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular idxal edilib. Mobil telefon bazarının aylıq həcmi 427 min dolları ötüb.


Teqlər:



Xəbər lenti