Lamiyə və uşağın atası: “Əxlaqsız deyiləm...aldatdı məni” - VİDEO

Lamiyə və uşağın atası: “Əxlaqsız deyiləm...aldatdı məni” - VİDEO
  16 Fevral 2015    Oxunub:9820
"Mənim uşağımın atası məhkumdur. Onunla könüllü şəkildə görüşmüşük, DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqlıqda belə bir şey var ki, əlaqə saxlaya və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla tanış oldum".

AzVision.az xəbər verir ki, bu fikirləri medianın gündəminə çevrilmiş məhkum Lamiyə Quliyeva ANS telekanalına müsahibəsində deyib.

L.Quliyeva həbsxanada uşağının süni mayalanma yolu ilə dünyaya gətirməsi haqda iddialara aydınlıq gətirib:

"Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı, bütün qadın məhkumlar ana olardı. Mən nə laborant, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü bilmirdim ki, ana olacam. Amma o məqsədlə görüşdük ki, mən ana ola bilim. Bəlkə də o, ailəlidir, övladı var və ailəsini qorumaq üçün, ya da bizim görüşümüzə şərait yaradan adamı satmamaq üçün belə deyir. Bunlar iyrənc söhbətlərdir.

Xahiş edirəm, insanlar, cəmiyyət məni qınamasın. Mən əxlaqsız deyiləm, nə seksual çatışmazlığım var, nə də kefimdən belə etmişəm. Sadəcə bunu etməkdə bir məqsədim olub ki, görsünlər ki, mən də varam".

Lamiyə Quliyevanın övladının atası isə haqqında deyilənləri təkzib edib. O Lamiyə ilə cinsi təmasda olmadığını, aldadıldığını bildirib:

"Mən onun sözü ilə aldanmışam. İstəmirəm kiminsə sözü ilə ailəm dağılsın. Orda hava yeri vasitəsi ilə danışırdıq. Ayrı-ayrı kameralarda idik. O, ikinci mərtəbədə idi, mən isə birinci mərtəbədə. O, tez-tez məhkəməyə gedib-gəlirdi. Bir dəfə məhkəmədən gələndə mənə dedi ki, kişiyə məxsus olan o şeydən lazımdı (spermanı nəzərdə tutur -red). İzah etdi ki, üzü səpib və üzünə vurmaq üçün istəyir. Səhərisi gün mənə iplə yumru formalı qab göndərdi. İstədiyi şeyi qabla göndərdim. Bir-iki həftə keçmişdi ki, mənə dedi ki, deyəsən, mən hamiləyəm. Dedim ki, ola bilməz".

E.Rasulov təcridxanada görüşməklərinin qeyri-mümkün olduğunu deyib və L.Quliyeva ilə birbaşa təmaslarının olmadığını vurğulayıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti