XİN-dən terrorla bağlı sərt bəyanat

XİN-dən terrorla bağlı sərt bəyanat
  16 Fevral 2015    Oxunub:1762
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsini pisləyir.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin yaydığı açıqlamada bildirilib.

“Biz Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyirik. Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”, - H.Hacıyev bildirib.

AzVision.az


Teqlər:  



Xəbər lenti