Şagirdi döyən müəllim işdən qovuldu
Qeyd edək ki, Orxan Həsənovun atası Mirələm Həsənov mətbuata açıqlamasında bildirib ki, bir həftə əvvəl şagird bədən tərbiyəsi müəlliminin maşının yanından keçəndə yerə tüpürərkən, tüpürcək onun maşınına düşüb. Maşının üstündə tüpürcək görən müəllim bərk qəzəblənib. Bunu Orxanın etdiyini öyrənəndən sonra isə onu axtarmağa başlayıb. Orxan isə müəllimin yanına gedərək ondan üzr istəyib. Bununla qəzəbi soyumayan müəllim Orxanı məktəbin boş otağına aparıb. Daha sonra Orxandan şalvarını soyunmağını tələb edib və şlanqla onun bədəninə vurmağa başlayıb. E.Cəbrayılov Orxanı döyərkən yanında onun sinif yoldaşları - Fuad və Xəyal da olub. Fuad və Xəyala da zərbə dəydiyi bildirilib
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


