Sürücülərə hava xəbərdarlığı: Diqqətli olun

Sürücülərə hava xəbərdarlığı: Diqqətli olun
  16 Fevral 2015    Oxunub:2860
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) havaların soyuması ilə bağlı sürücülərə xəbrərdarlıq edib.
BDYPİ-nin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzVision.az açıqlamasında bildirib ki, havaların soyuması ilə əlaqədar sürücülərin yollarda diqqətli olmalıdır:

“Sürücülərə qar yağacağı təqdirdə mövsümi təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirməyi və s. lazımi avadanlıqların olmasını təmin etməyi tövsiyyə edirik”.

Qeyd edək ki, sabahdan respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, rayonlara qar yağacağı proqnozlaşdırılır.


Teqlər:



Xəbər lenti