Bakıda 100 minlik təklifi qəbul edən tapılmadı...

Bakıda 100 minlik təklifi qəbul edən tapılmadı...
  16 Fevral 2015    Oxunub:12467
14 fevral - Valentin Günü ərəfəsində Bakının məşhur “Four Seasons” oteli gözlənilməz təkliflə çıxış etmişdi.

Otel Bakıda Qız Qalasında iki nəfər üçün romantik şam yeməyi planlaşdırırdı. Xidmətin qiyməti isə nə az , nə çox 100 min manat təşkil edirdi. Belə bir qiyməti doğrultmaq üçün otel müştərilərinə əlavə xidmətlər də təklif edirdi.

Unikal təklifə baxmayaraq, Azərbaycanda heç kim 100 min manatından keçib sevgilisinə unudulmaz anlar yaşatmaq istəməyib.

Sözügedən otelden AzVision.az-a verilən məlumata görə, 100 minlik paketi heç kim almayıb:

“Təəssüf ki, Sevgililər günü üçün təşkil olunmuş 100 minlik paket bir günlük nəzərdə tutulmuşdu. Lakin 14 fevralda heç kim həmin paketi almadı. Yəni 100 minlik Sevgililər günü paketi satılmamış qaldı”-deyə otelin nümayəndəsi bildirib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti