SOCAR-ın işçisi dənizdə boğuldu

SOCAR-ın işçisi dənizdə boğuldu
  16 Fevral 2015    Oxunub:1959
Ötən gün saat 17:00 radələrində Dalğıc və Qəza Xilasetmə İşləri İdarəsinin 5-ci dərəcəli dalğıcı faciəvi şəkildə ölüb.
Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 1976-cı il təvəllüdlü Kamil Əhmədağa oğlu Umudov “Bulla” yatağındakı 29 saylı özülün yaxınlığında “Şirvan-2” kran gəmisindən verilmiş burazı suyun 12 metr dərinliyində dik dayağa (boruya) bərkitmək üçün “Orion-4” dalğıc gəmisindən suya enib.

Təxminən 5-10 dəqiqədən sonra gəmidəki sığortaedici dalğıc K.Umudovun şərti siqnala cavab vermədiyini görərək suya enib. Dalğıc həmkarını suda huşsuz vəziyyətdə tapıb.

K.Umudov gəmiyə çıxarılıb.

İlkin tibbi yardımın göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.


Teqlər:





Xəbər lenti