Yaxşı oxuyan tələbələrə şad xəbər

Yaxşı oxuyan tələbələrə şad xəbər
  16 Fevral 2015    Oxunub:2274
Təhsil Nazirliyi 2015-2016-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu üzrə müsabiqə keçirir.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müsabiqədə ölkəmizdəki bütün ali təhsil müəssisəsinin bakalavr pilləsində I kursda əyani təhsil alan və orta akademik göstəricisi 61 baldan yüksək olan tələbələr iştirak edə bilər.

SABAH qruplarında oxumaq istəyən tələbələrin qeydiyyatı artıq başlayıb. www.sabah.edu.az saytında yerləşdirilmiş elektron ərizə formasını doldurmaqla tələbələr müsabiqəyə qoşula bilərlər.

6 ixtisas qrupuna (təbiət, təhsil, iqtisadiyyat, humanitar, texniki, mədəniyyət) daxil olan 64 ixtisas üzrə təşkil olunan müsabiqə 3 mərhələdə aparılacaq. İlkin mərhələdə tələbələrin akademik göstəriciləri qiymətləndiriləcək. İkinci mərhələdə tələbələr ingilis dili və məntiq üzrə test imtahanı verəcəklər. Bu prosesləri uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Teqlər:  



Xəbər lenti