Neftin qiyməti 62 dollara qalxdı

Bakı vaxtilə saat 14:30-da “Brent” markalı neftin qiyməti 1 barelə görə, 0,79% artaraq 62,01 dollara çatıb.
Bu arada “WTI” markalı neftin dəyəri 0,44% dollar artaraq bir barelə görə 52,55 dollara çatıb.
Dünya iqtisadiyyatı ilə bağlı proqnozların pisləşməsi də neftin qiymətinə təsir göstərir. Dünya Bankı bu il üçün qlobal iqtisadiyyatın inkişaf tempini 3,4%-dən 3%-ə salıb.
Eldar Tanrıverdiyev