Qadınların ən çox zorlandığı ölkələr - SİYAHI

Bəs, dünyada ən çox hansı ölkələrdə qadınlar zorakılıqla qarşı-qarşıyadır?
“Woman Stats Project” qadın təşkilatının məlumatına görə, qadınlara təcavüz edilən ölkələr iki qrupa bölünür.
Bu ölkələrin sırasında yəni birinci qrupda hər 100 qadından 60-ı təcavüzə məruz qalır: Əfqanıstan, Hindistan, Pakistan, Səudiyə Ərəbistan, Yəmən, İraq, Suriya, İordaniya, Sudan və digər Afrika ölkələri.
Qadınlara təcavüz edilən ölkələr arasında Çin, Vyetnam, Laos, Tayvan, Cənubi Koreya, Tayland kimi ölkələr də var.
Eyni zamanda Amerika Birləşmiş Ştatları da qadınlara ən çox təcavüz edilən ölkələr arasındadır.
Təşkilat eyni zamanda qeyd edib ki, yuxarıda adları çəkilən ölkələrin hər birində edam cəzası var və bu cəzanın olması təcavüzün qarşısını ala bilmir.
Sevinc İltifatqızı
AzVision.az