Heydər Əsədov baş direktoru işdən çıxardı

Heydər Əsədov baş direktoru işdən çıxardı
  16 Fevral 2015    Oxunub:2861
Bu gün kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin Baş direktoru Əsəd Musayevin əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, bununla əlaqədar Aqrar Elm Mərkəzində keçirilən tədbirdə nazir müavini Seyfəddin Talıbov seleksiyaçı alim Əsəd Musayevin aqrar elmə verdiyi töhvələrdən danışmış və onun elmi fəaliyyətini yüksək qiymətləndirib. Tədbirdə Əsəd Musayevə hədiyyələr verilib, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılaraq ona gül dəstəsi təqdim olunub.


Əsəd Musayev seleksiyaçı alim kimi uzun müddət rəhbərlik etdiyi doğma Elmi-Tədqiat Əkinçilik İnstitutunda elmi fəaliyyətini davam etdirəcək. Tədbirdə çıxış edən həmkarları seleksiyaçı alim Əsəd Musayevə elmi fəaliyyətində uğurlar diləyiblər.

Nazirin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin Baş direktoru vəzifəsi müvəqqəti olaraq Balayev Rəsul Ənvər oğluna həvalə olunub.


Teqlər:  



Xəbər lenti