83 yaşlı kişi evdə yanaraq öldü

83 yaşlı kişi evdə yanaraq öldü
  17 Fevral 2015    Oxunub:1403
Salyanda baş verən yanğın can aldı.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Salyan şəhərində ümumi sahəsi 275 kv.m olan birmərtəbəli binanın 1 otağında qapı və 2 kv.m sahədə ev əşyası yanıb.

Yanğının kəşfiyyatı zamanı 1932-ci il təvvəllüdlü Rüstəmov İbrahim Soltan oğlunun cəsədi aşkar olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti