Bakı-İstanbul reysləri təxirə salındı

Bakı-İstanbul reysləri təxirə salındı
  17 Fevral 2015    Oxunub:3508
"Türk Hava Yolları" əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 17-də və 18-də nəzərdə tutulan 88 daxili və xarici aviareysi ləğv edib.
AzVision.az-ın məlumatına görə, bunların arasında Bakı-İstanbul və İstanbul-Bakı reysləri də var.

Belə ki, sabah üçün nəzərdə tutulan və 08:30-da İstanbul Atatürk Havalimanından qalxması planlaşdırılan, eləcə də sabah 14:20-də BHeydər Əliyev Hava limanından uçuşu gözlənilən reys təxirə salınıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  



Xəbər lenti