Terrorçulara ağır zərbə: 86 ölü

Kamerun Müdafiə Nazirliyinin rəsmisi Didye Badjeka döyüşlər zamanı 5 ölkə hərbçinin həlak olduğunu bildirib.
Döyüşlər Nigeriya ilə sərhəddə yerləşən Vaza regionunda baş verib.
Qeyd edək ki, fevralın 3-ü Çad ordusu və zirehli texnikası terrorçularla mübarizə üçün Nigeriya ərazisinə daxil olub. Buna qədər isə Nigeriya rəhbərliyi ölkənin şimal-şərqində beş şəhər üzərində nəzarəti qaytarıb.
Yanvarın 17-i Çad ordusu “Boko Haram”la mübarizə çərçivəsində həmçinin Kamerun ərazisinə də daxil olub. Yanvarın 31-nə olan son məlumata görə, anti-terror əməliyyatları çərçivəsində Kamerun ərazisində 123 terrorçu məhv edilib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: