“28 May” və “Avtovağzal” açılacaq, amma nə vaxt...?

“28 May” və “Avtovağzal” açılacaq, amma nə vaxt...?
  17 Fevral 2015    Oxunub:4539
Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışında, “28 May” stansiyasının əsas çıxışında və “Avtovağzal”da təmir işlər davam etdirilir.
Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışında (Bakı Dövlət Universitetinə tərəf) tuneldə əsaslı tikinti işləri başa çatıb. Həmin çıxışda eskolatorlar quraşdırılır və tuneldə son tamamlama işləri aparılır.

Yeni çəkilən “Avtovağzal” stansiyasının da istifadəyə verilməsi üçün tamamlama işləri aparılır. Lakin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının və “Avtovağzal” stansiyasının nə zaman istifadəyə verilməsi tarixi dəqiq bəlli deyil. Hər iki işin bu il sona çatdırılması planlaşdırılır.

Metronun “28 May” stansiyasının əsas çıxışında da təmir işləri davam etdirilir.
Qeyd edək ki, “28 May” və “Avtovağzal”stansiyalarını bu il, Avropa Oyunlarına kimi istifadəyə verilməsi gözlənilir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti