Qalmaqallı qanun Milli Məclisin gündəliyində
“Bu iclasda, ilk dəfə "Elm haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə təqdim olunacaq”.
Deputat qeyd edib ki, iclasda bir neçə qanuna dəyişiklik layihələri müzakirə olunacaq:
“Buraya Mülki və İnzibati Xətalar Məcəllələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə hüquq şurası haqqında", "Ünvanlı dövlət sosial yardım haqqında", "Tibbi sığorta haqqında", "Televiziya və radio yayımı haqqında", "Müflisləşmə və iflas haqqında" və digər qanunlarda dəyişikliklər daxildir”.
Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi uzun müddətdir geniş müzakirələrə yol açsa da parlamentə çıxarılmırdı. Sözügedən qanun layihəsi deputatlar arasında da birmənalı qarşılanmır. Əksər deputatlar bu qanun layihəsini dəstəkləsə də, bir çoxları bu addımın hələ tez olduğunu düşünür.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


