Türk iş adamları İlham Əliyevdən kömək istəyir

Türk iş adamları İlham Əliyevdən kömək istəyir
  17 Fevral 2015    Oxunub:2384
Türkiyədən Azərbaycan və Rusiyaya mal daşınması ilə məşğul olan iş adamları prezident İlham Əliyevə müraciət ediblər.
Onlar Azərbaycanda problemlə üzləşdiklərini, gətirdikləri malların ölkəmizdən keçərək Rusiyaya aparılmasında ciddi çətinliklər yaşadıqlarını bildirirlər.

Azərbaycan-Rusiya Karqoçular Birliyinin sözcüsü İbrahim Obut bildirib ki, Türkiyədə Azərbaycana mal ixrac edən 30-a yaxın firma var:

“Bizim birliyin 10 minə yaxın işçisi var. Türk firmalarının Azərbaycan və Rusiyaya ixrac etdiyi yükün dəyəri milyonlarla dollara çatır. 90-cı illərdən bəri Azərbaycan və Rusiyaya mal daşıyırıq. Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək bizə qarşı tətbiq olunan qeyri-qanuni təzyiqlərin tezliklə aradan qalxmasını istəyirik”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti