Bakıda `İstiqlal` kursu

Bakıda `İstiqlal` kursu
  17 Fevral 2015    Oxunub:3820
Azərbaycanda gənc hərbi çağırışçılara “İstiqlal” snayperindən dərslər keçirilir.
Bu barədə AzVision.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-dən məlumat verilib.

Bildirilib ki, artıq snayper, rabitəçi və paraşütçü kursları fəaliyyət başlayıb:

“Snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığı Bakı şəhərində və regionlardakı filiallarda aparılır. Hər bir filialda keçirilən kursda 30 çağırışçı iştirak edir. Kurslarda yalnız 17 yaşına çatmış hərbi çağrışlar iştirak edirlər. Kurslar sifariş əsasında həyata keçirilir. Sifariş verən qurumların da nümayənləri həmin kurslarda iştirak edirlər və çağırışçıların hazırlığı ilə maraqlanırlar. Kursların müddəti 30 gündür. Sonda çağırışçılar imtahan verəcəklər. Kurslarda təlim silahlarından və avadanlıqlarından istifadə olunur. Onlar orduya ilkin hazılıqlı mütəxəssis kimi cəlb olunacaqlar. Kurslarda peşəkar mürəxəsisilər dərs deyirlər. Kurslarda `İstiqlal` snayper silahlarından da istifadə qaydaları öyrədilir”.

Qeyd edək ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC tərəfindən həmçinin aşpaz və sürücü xüsusi ixtisasları üzrə Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulmuş digər birləşmələr üçün mütəxəssislər hazırlanır.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti