“Ad günümü ailəmlə qeyd edəcəyəm” – Siyavuş Novruzov

“Ad günümü ailəmlə qeyd edəcəyəm” – Siyavuş Novruzov
  17 Fevral 2015    Oxunub:3134
Bu gün Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun doğum günüdür.
46 yaşını qeyd edən millət vəkili ad günü təəssüratlarını AzVision.az-la bölüşüb.
Deputat ötən gündən başlayaraq təbriklər aldığını deyib:

“Doğum günüm olsa da indi də işdəyəm. Dostlarım, həmkarlarım məni təbrik edirlər. İşdən sonra isə doğum günümü ailəmlə qeyd edəcəyəm. Təbrik aldığım dostlar da elə mətbuatın tanıdığı adamlardır”.

Ad günü münasibətilə ona bağışlanan hədiyyələrə gəlincə S.Novruzov bildirib ki, belə şeylərə çox əhəmiyyət vermir:

“Hər bir təbrik mənim üçün əzizdir, diqqətdir. Hədiyyə almağa da adi baxıram, çünki əsas şey insanın diqqətidir. Qalanlar xırda şeylərdir”.

Qeyd edək ki, Siyavuş Novruzov 1969-cu ilin bu günü Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 2010-cu ildə üçüncü dəfə Milli Məclisin deputatı seçilib. Hazırda Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, eyni zamanda parlamentin İntizam komissiyasının sədridir.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti