Yağış, sulu qar, qar - Proqnoz

Yağış, sulu qar, qar - Proqnoz
  17 Fevral 2015    Oxunub:2138
Bakıda yağıntı və küləkli hava gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında temperatur gecə 0-2 isti, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 18-də havanın əsasən fasiələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə kimi isti olacağı gözlənilir.


Teqlər:  



Xəbər lenti