ATƏT-in sədri partiya liderləri ilə görüşəcək

ATƏT-in sədri partiya liderləri ilə görüşəcək
  17 May 2013    Oxunub:990
“Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilər, onların aralarında olan münasibətlər pozulmayıb”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay verib.

K.Tarqay bildirib ki, ATƏT Bakı ofisi prezident seçkiləri ərəfəsində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə bir dəyirmi masa təşkil etmək niyyətindədir:

“Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları dəyərləndirmək üçün zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib müzakirələr aparmasıdır”.

Səfir Koray Tarqay tədbirin keçirləcəyi tarixin hələ bəlli olmadığını bildirib


Teqlər:





Xəbər lenti