Yazın gəlişinin dəqiq vaxtı: 21 Mart, saat 02:45

Yazın gəlişinin dəqiq vaxtı: 21 Mart, saat 02:45
  17 Fevral 2015    Oxunub:4122
Yazın Azərbaycana gəlişinin vaxtı məlum olub.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin AzVision.az-a verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 21-i Bakı vaxtı ilə təxminən saat 02:45 radələrində baş verəcək.

Onun sözlərinə görə, martın 20-də Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Martın 17-i Azərbaycanda axır çərşənbə, fevralın 24-ü isə ilk çərşənbədir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti