Uorlikin Qarabağ cavabı: `Yeni heç nə yoxdur`

Diplomat deyib ki, hazırda bununla əlaqədar hər hansı şərh vermək imkanım yoxdur.
O, "Münaqişənin həlli ilə bağlı həmsədrlərin tərəflərə hansısa yeni təklifləri varmı" sualın belə cavab verib: "Danışıqlar üçün daha bir imkan olacaq, amma bu gün yeni heç nə yoxdur."
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bir gün əvvəl Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Mamedyarovla görüşüblər. Səfər çərçivəsində vasitəçilər Xankəndinə də baş çəkəcəklər.
AzVision.az