Dünyanı dəyişəcək texnoloji yeniliklər

Dünyanı dəyişəcək texnoloji yeniliklər
  17 May 2013    Oxunub:3657
Massaçusets Texniki Universitetinin mütəxəsisləri Dünyada inqilab yarada biləcək texnoloji yenilikləri sıralayıblar.
Bu yeniliklər insan həyatını yaxşıya doğru dəyişməsində çox mühüm rol oynayacaq və yaranan problemlərin asan yollarla həll olunmasına kömək olacaq.

Ağıllı saatlar

“Pebble” saat firmasının nümayəndələri başa düşüblər ki, mobil telefon əgər cibə qoyulmasa onun daha yaxşı formasını hazırlamaq olar. Onların təqdim etdiyi yenilik satışa 2013-cü ilin əvvəlində çıxarılıb. Satların iPhone və Android qurğuları ilə birbaşa bağlılığı var “Apple” şirkətinin də yaxın vaxtlarda buna oxşar bir layihə təqdim edəcəyi gözlənilir.

Yaddaş köçürülməsi

Bəzi bioloqlar bildiriblər ki, onlar insan beynində yaddaşla bağlı olan problemləri həll etməklə yanaşı, həm də beyin implantı vasitəsilə insanların yaddaşını daha da gücləndirəcəklər. Bu hal insanlar ağır qəza keçirdikdən sonra belə, yaddaşlarının normal qalmasına kömək edəcək.

Ucuz robot

Sənaye robutu hesab olunan “Bakster” 2012-ci ildə yaradılıb. Onun modellərinin artırılması ucuz başa gələn prosesdir. Bu robut istənilən iş şəraitinə uyğunlaşmağa və bir çox sahələrdə insanlara xidmət göstərməyə qadirdir.

3D çapı

Yaxın zamanlarda real əşyalar “çap” edən, daha dəqqi, istehsal edən printerlərin məişətimizə daxil olması bütün həyatımızı dəyişəcək.

DNK haqda yeni bilgilər

Valideyinlər gəlcəkdə doğulacaq uşaqlarının genetik xarakter və meyilləri barədə informasiyanı hələ uşaqları dünyaya gəlmədən öncə öyrənə biləcəklər.

Super şəbəkə

Yeni yaradılacaq olan super elektrik şəbəkəsi gələcəkdə elektrik enerjisinin daha uzaq məsafələrə ötürülməsinə və satılmasına köməklik edəcək bu qurğu elektrik enerjisinin itrilməsi və boş yerə sərf olunmasınında qarşısını alacaq.

Xəyal Əzizov


Teqlər:





Xəbər lenti