Nazirlik prezidentin iradından nəticə çıxardı

Nazirlik prezidentin iradından nəticə çıxardı
  17 Fevral 2015    Oxunub:2072
Əkinə yararlı torpaqların istifadəsi ilə bağlı yeni tədbirlər planı təqdim olunacaq.
ANS TV-nin məlumatına görə, dövlət başçısının torpaqların istidfaəsiz qalması ilə bağlı səsləndyirdi son iradlardan sonra Kənd Təsərüfatı Nazirlyi bu sahədə nöqsanların aradan qaldırılması üçün işlərə başlayıb və artıq təklfilər paketi hazırlayıb.

Yaxın günlərdə bu təkliflər hökumətə təqdim olunucaq. Bu barədə məlumat verən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov istifadəsiz qalan torpaqalardan əlavə vergi tutlması ilə bağlı təkliflərə də münasibət bildirib.

Seyfəddin Talıbov beynəlxalq təcrübədə kənd təsərrüfatı vergisindən başqa bütün vergilərdən azad olan yerlərin olduğunu deyir. O torpaqların sahiblik hüququnu əldə edib, amma ondan istifadə etməyənlərin olduğunu bildirdi. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyinin özünün təklifləri var və onlar tezliklə təqdim olunacaq.




Teqlər:





Xəbər lenti