Bakıda polisin paqonunu sökdülər
Belə ki, Bakı Metropoliteninin polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri - Elmin Hacıyev və Kərim Kərimovun ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq ediblər.
Onlar polisə bədən xəsarətləri yetiriblər. Həmçinin üzərində olan xidməti geyim formasının paqonunu söküblər.
Səslənən ittihamlarda əsaslı şübhələr olduğundan faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


