`Qarabağ`ı uduzduran hakimlər cəzalandırılacaq

`Qarabağ`ı uduzduran hakimlər cəzalandırılacaq
  17 Fevral 2015    Oxunub:2143
"UEFA "Qarabağ"- "İnter" oyununu idarə etmiş hakimlər briqadasını cəzalandıra bilər".
AzVision.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun vəkili Qurur Qaye Günal söyləyib.

O bildirib ki, "Qarabağ" klubunun Avropa Liqasında növbəti tura adlamasına maneə olan çexiyalı hakimlər briqadası haqqında intizam tədbiri görüləcəyi gözlənilir.

"Mən indicə iclasdan çıxmışam. Qərar şifahi açıqlanıb. Apellyasiya komitəsi bildirib ki, hakim başda çexiyalı Zelinka olmaqla UEFA tərəfindən cəzalandırıla bilər. Ancaq hakimlərin verdiyi qərar ləğv edilməyəcək. Hakimlərin qolu saymaması isə səhv olaraq qəbul edilib".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" İtaliyanın "İnter" klubu ilə üz-üzə gəlmişdi. Matçın sonuncu dəqiqələrində Riçard Almeydanın qapıya yol tapmasına baxmayaraq, qol hesaba alınmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Nəticədə isə ağdamlılar "pley-off"a vəsiqə qazanmaq şansından məhrum edilib. (anspress)


Teqlər:  





Xəbər lenti