Zakir Həsənov səfirlə görüşdü

Zakir Həsənov səfirlə görüşdü
  17 Fevral 2015    Oxunub:1541
Fevralın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Nazirlikdən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonkanı qəbul edib.

Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Çexiya Respublikasının ölkəmizdəki hərbi attaşesi polkovnik Yurji Padour iştirak edib.


Teqlər:  



Xəbər lenti