Kübra Əliyeva: “Hər şeyin bir sonu var” - VİDEO

Kübra Əliyeva: “Hər şeyin bir sonu var” - VİDEO
  17 May 2013    Oxunub:3185
“Daha gücüm qalmayıb”
Əməkdar artist Kübra Əliyevanın hazırda vəziyyəti yaxşıdır. Aktrisa AzVision.az-a verdiyi açıqlamasında bildirib ki, səhhətilə bağlı olaraq, müalicələrini Respublika Milli Onkologiya Mərkəzində davam etdirir: “Evdəyəm, müalicələrim mütəmadi olaraq gedir. Onkologiya Mərkəzinin həkimləri tez-tez səhhətimlə maraqlanırlar. Ancaq öz vətənimdə müalicə alıram”

K. Əliyeva deyib ki, səhhətilə bağlı olaraq, heç bir işlə məşğul olmur: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından 3 ildir ki, ayrılmışam. Təqaüdə çıxmışam. Heç o zaman xəstə olduğumu bilmirdim. Türkiyədə müayinədən keçəndə,xəbərim oldu ki,bu xəstəlik məndə var. Allahın yazısı var. Görək də nə olur. Verilişlərə qonaq qismində təkliflər alıram, səhhətim imkan verəndə gedirəm. Digər çəkilişlərə çəkilmə qüvvəsində deyiləm. Kifayət qədər çəkildiyim filmlər var ki,hamısı arxivdə saxlanılır. Daha gücüm qalmayıb. Hər şeyin bir sonu var”

Sakitliyi çox sevən aktrisa deyib ki, kifayət qədər sənət dostları ona baş çəkir: “ Sakitliyi sevirəm, xoşlamıram ki, yanıma tez-tez gəlib getsinlər. Amma teatrın kollektivi, dostlarım, yaxınlarım sağ olsunlar,gəlib, mənlə maraqlanırlar.Prezident təqaüdü alıram, müalicələrimi aldığım təqaüd hesabına,davam etdirirəm. Oğlum, qızlarım da kömək edirlər.Övladlarım çox yaxşı qulluq edirlər.
Qeyd edək ki,əməkdar artist Kübra Əliyeva 1 ildən çoxdur ki, süd vəzi xərçəngindən əziyyət çəkir Xəstəliklə bağlı son bir ildə 2 ağır əməliyyat keçirib

Nihadə Eyyubova




Teqlər:  





Xəbər lenti