Bakıda qanlı olay: sevgilisinin qardaşını öldürdü

Bakıda qanlı olay: sevgilisinin qardaşını öldürdü
  17 Fevral 2015    Oxunub:2099
Hadisəni törədən şəxs qaçıb.
Bu gecə Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Lent.az-ın məlumatına görə, Bibiheybət qəsəbəsində 24 yaşlı Elvin Hüseynlini bıçaqlayaraq öldürən 34 yaşlı Rasim Mustafayev barəsində bir müddət imiş ki, 8-ci Polis Bölməsində araşdırma aparılırmış. Belə ki, R.Mustafayev xeyli müddıt imiş ki, E.Hüseynlinin bacısı Türkan Hüseynova ilə münasibət yaratmağa çalışırmış. O, dəfələrlə 32 yaşlı xanıma yaxınlaşaraq ondan xoşu gəldiyini bildirib. Lakin qarşı tərəf R.Mustafayevə rədd cavabı verib. Bundan sonra onların münasibətləri kəskinləşib və bir müddət əvvəl R.Mustafayev Türkanın evinə gələrək mübahisə edib, hətta onun anasına xəsarətlər yetirib. Bu səbəbdən ailə R.Mustafayevdən polisə şikayət edib. Araşdırmalar çərçivəsində R.Mustafayev polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb. Bu gecə isə 34 yaşlı kişi evdə kimsənin olmadığı vaxt həyətə daxil olaraq gizlənib. Gecə saatlarında T.Hüseynova qardaşı və anası ilə evə qayıdanda R.Mustafayev onlara hücum edərək bıçaqlayıb. 24 yaşlı E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. Xəsarət alan T.Hüseynova isə ambulator müalicəyə yazılıb.

Hazırda R.Mustafayevin tutulması istiqamətində iş aparılır.


Teqlər:





Xəbər lenti