`Çelsi` və `Bavariya` xal itirdi - Nəticələr

`Çelsi` və `Bavariya` xal itirdi - Nəticələr
  18 Fevral 2015    Oxunub:2315
Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib.
AzVision.az xəbər verir ki, ilk oyun gecəsində iki qarşılaşma keçirilib. Fransanın PSJ klubu öz meydanında İngiltərənin "Çelsi" klubunu qəbul edib. Görüşdə qapıra iki qol vurulub – 1:1.

Digər qarşılaşma Ukraynada keçirilib. Burada yerli "Şaxtyor" Almaniyanın "Bavariya" klubunu qəbul edib. Bu qarşılaşma 0:0 hesabı ilə bitib.

Qeyd edək ki, 1/8 finalın digər iki qarşılaşması fevralın 19-na keçən gecə, qalan 4 oyun isə 24-25 fevral tarixlərində keçiriləcək.

18 fevral

"Bazel" (İsveçrə) - "Portu" (Portuqaliya)
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

24 fevral

"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

25 fevral

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)
"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

Anar


Teqlər:  





Xəbər lenti