Zəlimxan Yaqub yenidən Almaniyaya gedir

Zəlimxan Yaqub yenidən Almaniyaya gedir
  18 Fevral 2015    Oxunub:1709
Azərbaycanın Xalq şairi, Aşıqlar Birliyin sədri Zəlimxan Yaqub müalicə üçün yenidən Almaniyaya gedir.
Bu barədə AzVision.az-a Xalq şairinin özü məlumat verib. Bildirib ki, böyrəklərinin müəlicəsi ilə əlaqədar yenidən Almaniyaya getməlidir.

“Almaniydan bir müddət olar ki, qayıtmışam. Aprel ayının 13-də böyrəklərimin müalicəsi üçün yenidən Almaniyanın Hannover şəhərinə gedəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Müalicələrin nəticələri də yaxşıdır. Böyrəklərimi dəyişməyiblər. Sadəcə olaraq müalicə qəbul edirəm”.

Qeyd edək ki, Z.Yaqub böyrək xəstəliyindən əziyyət çəkir. Xalq şairi müalicə ilə əlaqədar olaraq artıq bir neçə dəfə Almaniyaya gedib.

Hafiz Əhmədov


Teqlər:



Xəbər lenti