Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq
  18 Fevral 2015    Oxunub:1721
Bakı şəhəri Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 98 Şərq” anbarından magistral xəttə suyun verilişi dayandırılıb.
Azərsu ASC-dən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar 18 fevral 2015-ci il tarixdə gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.




Teqlər:  



Xəbər lenti