Leyla və Arzu Əliyeva sərgidə - FOTOLAR

Leyla və Arzu Əliyeva sərgidə - FOTOLAR
  18 Fevral 2015    Oxunub:9681
Fevralın 16-da məşhur “Sotheby`s” hərracında tanınmış azərbaycanlı rəssam, milli mədəniyyətdə nonkonformizmin banilərindən biri Cavad Mircavadovun əsərlərindən ibarət sərgi açılıb.
AzVision.az buro24/7-ə istinadən xəbər verir ki, Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində keçirilən sərginin açılış mərasimində Heydər Əliyev fondunun vitse-preizdenti Leyla Əliyeva, Arzu Əliyeva, "Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev, eləcə də incəsənət mütəxəssisi Fərəh Piriyeva və digər qonaqlar iştirak ediblər. Sərgi ayın 19-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-54-cü illərdə Sankt-Peterburqda yaşayıb, Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci il iyunun 24-də Kopenhagen-Moskva qatarında vəfat edib.

Qalereya




Teqlər:  



Xəbər lenti