Azərbaycan silahı beynəlxalq sərgidə
Müdafiə Sənayesi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı "İDEX-2015" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.
Sərgi zamanı nazir Yavər Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü də nəzərdə tutulur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


