“İnsanlarda polisə qarşı antipatiya var” – Sabiq rəis

“İnsanlarda polisə qarşı antipatiya var” – Sabiq rəis
  18 Fevral 2015    Oxunub:3883
Azərbaycanda son vaxtlar polis əməkdaşlarına qarşı törədilən cinayətlərin sayı artıb. DİN məkdaşlarına qarşı zorakılıq, üstünə maşın sürmək, paqonunun sökülməsi ilə bağlı mətbuatda tez-tez xəbərlərə rast gəlinir. Belə ki, ötən gün Bakıda iki qardaş xidmətdə olan polisə hücum edib. Hətta onun üzünü şüşə parçası ilə kəsiblər.
Polisə qarşı zorakılıq hallarının artmasının səbəbi nədir?

Sabiq polis rəisi, ekspert Mahmud Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, cəmiyyət olan yerdə cinayət olmalıdır. Onun sözlərinə görə, cinayət hadisəsində polis əməkdaşı iştirak edəndə bu KİV-də və cəmiyyətdə sensasiya kimi qəbul olunur:

“Cinayət hadisələri tək polislə vətəndaş arasında deyil, müxtəlif insanlar arasında da olur. Tərəf müqabilinin kimdən asılı olmasına baxmayaraq, cinayət hadisələri baş verir. Polis əməkdaşı xuliqanlıq edən şəxsi əmrə tabe olmağa dəvət edir, onlar isə tabe olmur və belə hadisələr baş verir. Ola bilsin ki, polis əməkdaşı da hansısa nöqsana yol verir. Bu hadisədir və hər an ola bilər. Bunu böyük ajotaj kimi qəbul etmək lazım deyil”.

Ekspert bildirib ki, son vaxtlar polis əməkdaşları ilə vətəndaşlar arasında bir az ziddiyyət əmələ gəlib:

“Hardasa vətəndaşlarda polisə qarşı simpatiya yox, antipatiya daha güclüdür. Bəzi insanlarda olan antipatiya mübahisə yaranan zaman üzə çıxır və onlar aqressiv olurlar. Cəmiyyətdə belə hadisələri sensasiya kimi görürür. Bu qanuna uyğunluqdu və belə cinayət hadisəsi də baş verə bilər”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti