Xidmətçi qadın işlədiyi evi soydu

Xidmətçi qadın işlədiyi evi soydu
  18 Fevral 2015    Oxunub:1418
Bakının Nərimanov rayonunda evlərdən oğurluq edən xidmətçi qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, əməliyyat Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Təbriz küçəsində yaşayan Nəzakət Hacıyevaya məxsus evdə xidmətçilik edən qadının oğurluq etdiyi məlum olub. Mənzildən 3600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Günel Fikrət qızı Həsənquliyeva tutulub.

Hazırda qadının başqa cinayətdə əlinin olub-olmaması araşdırılır.

Faktla bağlı araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti