Dəmiryol idarəsində yanğın - ölən var

 Dəmiryol idarəsində yanğın - ölən var
  18 Fevral 2015    Oxunub:2731
Salyan şəhərindəki Azərbaycan Dəmiryol İdarəsinə məxsus binada yanğın baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 17-də saat 05 radələrində Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən Azərbaycan Dəmiryol İdarəsinin fəhlə təchizat bölməsinə məxsus binada yanğın baş verib. Nəticədə 6 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan şəhər sakini, ruhi xəstə İbrahim Rüstəmovun yanmış meyiti tapılıb.


Teqlər:  





Xəbər lenti