Məhkum hərbçilərə baş çəkildi

Məhkum hərbçilərə baş çəkildi
  18 Fevral 2015    Oxunub:1584
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Salyandakı İntizam xarakterli hərbi hissəsində olublar.
Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məhkum hərbi qulluqçuların hüquqları, həbsdə saxlanma rejimi, onların yaşayış şəraiti, asudə vaxtının təşkili, sağlamlıqlarının qorunması, qidalanma vəziyyəti və digər hallar araşdırılıb.

Ötən illərlə müqayisədə burada saxlanılan hərbi qulluqçuların sayının azaldığı müşahidə edilib.

Məhkum hərbi qulluqçular saxlanılma şəraiti, onlara qarşı rəftar və qidalanma ilə bağlı şikayətlərinin olmadığını bildiriblər.


Teqlər:



Xəbər lenti