Bakıdan İstanbula gedən təyyarə problemlə üzləşdi

Bakıdan İstanbula gedən təyyarə problemlə üzləşdi
  18 Fevral 2015    Oxunub:1898
İstanbulda müşahidə olunan qeyri-sabit hava səbəbindən “Azərbaycan Hava Yolları”nın Bakı-İstanbul reysi ilə uçan təyyarəsinin Atatürk Hava Limanında enişinə icazə verilməyib.
AzVision.az xəbər verir ki, bu barədə AzərTAc-a “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib. O deyib ki, Bakı-İstanbul reysi ilə uçan təyyarə Ankara hava limanında eniş edib.

Türkiyə mətbuatının məlumatına görə, hazırda belə reyslərin sayı 334-ə çatıb.

İstanbul aeroportlarına enməli olan təyyarələr Türkiyənin digər şəhərlərindəki hava limanlarına göndərilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti