Luqanskda azərbaycanlı sədrin evi bombalandı

Luqanskda azərbaycanlı sədrin evi bombalandı
  18 Fevral 2015    Oxunub:1350
Ev dağılıb, özünün isə ailəsi ilə birgə Luqansk şəhərinə girişinə qadağa qoyulub.
Azərbaycanın Ukraynanın Luqansk vilayəti üzrə diasporunun rəhbəri Rasim Uğurluyevin evi silahlılar tərəfindən bombardman edilərək dağıdılıb, özünün isə ailəsi ilə birgə Luqansk şəhərinə girişinə qadağa qoyulub.

Luqansk Vilayəti Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev bildirib ki, o və ailəsi silahlılar tərəfindən Luqansk şəhərinə buraxılmır və daxil olacağı təqdirdə öldürüləcəkləri ilə hədələnirlər.

O qeyd edib ki, onun Luqansk şəhərinin mərkəzində, Şevçenko kvartalındakı evi də silahlılar tərəfindən bombardmana məruz qalaraq dağıdılıb: “Hazırda Kiyevdə qaçqın vəziyyətində yaşayırıq. Buna baxmayaraq, Luqansk vilayətində yaşayan azərbaycanlıların vəziyyəti ilə bağlı konqres üzvləri ilə sıx əlaqədəyik. Amma bütün biznesimiz və iş imkanlarımız Luqnaskda qaldığı üçün ciddi sıxıntılar yaşayırıq”.

R. Uğurluyev vəziyyətlə bağlı Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsini məlumatlandırdıqlarını da bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə hadisə barədə məlumatlıdırlar, lazımi tədbirlərin görülməsi istiqmətində iş aparılır.

(Apa.az)


Teqlər:  





Xəbər lenti