AMEA-da nə qədər doktorant təhsil alır?

AMEA-da nə qədər doktorant təhsil alır?
  18 Fevral 2015    Oxunub:1860
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2014-cü ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib.
AMEA-dan AzVision.az-a daxil olan məlumata görə, 2014-cü il ərzində bölmənin müəssisələrində 19 istiqamət üzrə 57 problemi əhatə edən 202 mövzu ilə bağlı tədqiqatlar aparılıb, 33 mövzu tamamlanıb. Bildirib ki, bölmənin elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin121 nəfəri elmlər doktoru, 412 nəfəri isə fəlsəfə doktorudur. 2014-cü ildə doktoranturaya 36 nəfər qəbul olunub. İnstitutlarda fəlsəfə doktorluğü üzrə 69 və elmlər doktorluğu üzrə 7 dissertasiya müdafiə edilib, 15 elmlər doktoru və 55 fəlsəfə doktorunun dissertasiyası isə müdafiəyə hazırlanıb. Bu il bölmə üzrə 65 doktorant və 479 disertant təhsilini başa vurub. Hazırda bölmənin institutlarında 174 əyani, 202 qiyabi doktorant təhsilini davam etdirir.


Hesabatda ötən ilin nəşrləri ilə bağlı məlumatlar da yer alıb. Belə ki, 2014-cü il ərzində bölmənin elmi müəssisələrində çalışan əməkdaşlar tərəfindən 10-u xaricdə olmaqla 173 kitab, 13-ü xaricdə olmaqla 154 monoqrafiya, 32 elmi-kütləvi nəşr və dərslik çapdan çıxıb. İnstitutlarda çalışan əməkdaşların 2723 məqaləsi və 366 tezisi nəşr edilib, həmçinin 577 məqalə xarici jurnallarda çap olunub.


2014-cü ildə aparılan elmi tədqiqat işlərinin iqtisadiyyata tətbiq olunması məqsədilə bölmənin İqtisadiyyat İnstitutu tərəfindən müvafiq nazirliklər, təşkilatlar və ali təhsil müəssisələrinə tətbiq olunması üçün 15 elmi-tədqiqat işi göndərilib və müsbət rəy alınıb. Bundan başqa bölmənin elmi tədqiqat müəssisələri tərəfindən müsabiqəyə 27 layihə təqdim edillib.


Fatimə


Teqlər:



Xəbər lenti