Nazirlik yol kənarında balıq satanlardan danışdı

Nazirlik yol kənarında balıq satanlardan danışdı
  18 Fevral 2015    Oxunub:1745
Nazirlik qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri 157 763 manat məbləğində cərimə edib
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlik yol kənarında balıq məhsullarının satışını həyata keçirən şəxslərdən də danışdı:

“Eyni zamanda, qanunsuz ovlanmış balıqların ayrı-ayrı şəxslər tərəfindən müxtəlif yerlərdə, xüsusilə də yol kənarlarında satılmasının qarşısının alınmasında ciddi çətinliklər var. Bu kimi halların qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən digər aidiyyəti orqanların nümayəndələri cəlb edilməklə qanunsuz ovlanmış balıqların yol kənarlarında, xüsusilə də Bakı-Quba yolunun Siyəzən və Şabran rayonlarının ərazisindən keçən hissəsində satılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülür.

Keçirilmiş tədbirlər zamanı bu ərazidə müxtəlif cinsli balıqların ayrı-ayrı şəxslər tərəfindən əldə olunmasına və keyfiyyətinə dair rəsmi təsdiqedici sənədlər olmadan satıldığı müəyyən edilib.

Lakin qanunsuz olaraq balıq satışının qarşısını almaq üçün keçirilən tədbirlər zamanı Nazirliyin əməkdaşları qanun pozucularının müqaviməti, təhqirləri və müxtəlif təhdidləri ilə üzləşirlər. Bunun nəticəsidir ki, həmin qanun pozucuları tərəfindən bu əməkdaşlar barəsində qərəzli və reallığı əks etdirməyən məlumatlarla bağlı çoxsaylı şikayət ərizələri hazırda da müxtəlif instansiyalara, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olmaqda davam edir”- deyə, Nazirliyin məlumatında deyilir.


Teqlər:



Xəbər lenti