Viktoriya Nuland: `Girovların saxlanılması dəhşətli cinayətdir`

Viktoriya Nuland: `Girovların saxlanılması dəhşətli cinayətdir`
  19 Fevral 2015    Oxunub:3077
"Ermənistan tərəfi girovları Azərbaycan tərəfinə qaytarmalıdır. Girovların saxlanılması dəhşətli cinayətdir".

Bunu Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland deyib.

O bildirib ki, ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar yaranmış gərginliyə görə narahatdır.

"Biz istəyirik ki, cəbhə xəttində sakitlik hökm sürsün və sülh danışıqları davam etdirilsin. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri də açıqlama veriblər. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla da heç kimə xeyir verməyən gərginliyin azaldılması barədə müzakirələr aparmışam", - deyə Nuland bildirib.

Qeyd edək ki, ötən ilin iyul ayında Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev doğmalarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə getmişdilər. Lakin Kəlbəcərdə erməni silahlılarının hücumuna məruz qalmışdılar. Həsən Həsənov qətlə yetirilib, Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülüb.


Teqlər:  





Xəbər lenti