Şahzadəsi təcili yardımda işləyəcək

Şahzadəsi təcili yardımda işləyəcək
  19 Fevral 2015    Oxunub:2370
Britaniya şahzadəsi Uilyam təcili yardım helikopterinin pilotu olacaq.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, şahzadə yeni vəzifəsinin icrasına bu ilin yayında başlayacaq.

O, artıq təcili yardım helikopterinin pilotu olmaq üçün lazım olan imtahanları verir. Uilyamın vəzifəsi təcili çağırışlara reaksiya vermək olacaq. Bunlar qəza və ya ürəktutmalarla bağlı məlumatlar ola bilər.

Günorta və gecə növbəsində işləyəcək şahzadə alacağı maaşı xeyriyyəçiliyə xərcləyəcək.

Qeyd edək ki, 2013-cü ildə hərbi xidməti başa vurmuş Uilyam peşəkar hərbi helikopter pilotudur.


Teqlər:





Xəbər lenti