"Azercell"in keçmiş rəhbəri baş naziri oldu
Qaburiçin baş nazir postuna namizədliyi fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən irəli sürülmüşdü.
Qaburiçin proqramında əsas vəzifə Moldova Respublikası və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin tətbiqidir.
"Real olaraq, bir neçə il ərzində Moldova Avropa İttifaqının tam hüquqlu üzvü olmalıdır", - deyən Qaburiç əlavə edib ki, Moldova ənənəvi tərəfdaşları - Rusiya, Ukrayna və Rumıniya ilə münasibətləri inkişaf etdirməlidir.
Moldova hökumətinin 2015-2018-ci illər üçün əsas məqsədləri rifahın, təhlükəsizliyin və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Qeyd edək ki, öncə Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin baş direktoru vəzifəsini tutub.
2012-c ildə o, Azərbaycanda Azercell şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, Teliasonera Group şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib.
Qaburiçin namizədliyi şənbə günü (bu gün) keçiriləcək məsləhətləşmələrdə ölkə prezidenti Nikolay Timoftiyə rəsmən təqdim olunacaq.
Fevralın 10-da keçirilən ilk iclasda Moldovanın Baş nazirini seçmək mümkün olmayıb.
Teqlər: