Bir gündə 78 cinayət, 50 həbs

Bir gündə 78 cinayət, 50 həbs
  19 Fevral 2015    Oxunub:1301
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 41-i "isti izlər"lə açılıb.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 50 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti