Dünya liderləri Ukraynanı müzakirə edəcək

Dünya liderləri Ukraynanı müzakirə edəcək
  19 Fevral 2015    Oxunub:2176
Fransa, Ukrayna, Rusiya prezidentləri və Almaniya kansleri telefonla Ukrayna problemini müzakirə edəcəklər.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib. Peskov telefon danışıqlarında, həmçinin Debaltseva şəhərindəki vəziyyətin də müzakirə ediləcəyini deyib.

Qeyd edək ki, Fransua Olland, Pyotr Poroşenko, Angela Merkel və Vladimir Putin fevralın 11-12-də Minskdə görüşüblər. Danışıqlar nəticəsində Ukraynanın şərqindəki münaqişənin həllinə dair kompleks tədbirlər barədə sənəd imzalanıb və atəşkəsə dair razılaşma əldə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti