Rabitə xidmətlərinin gəliri artıb

Rabitə xidmətlərinin gəliri artıb
  19 Fevral 2015    Oxunub:1537
İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 13,9 faiz artaraq 133,6 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə əldə olunmuş gəlirlərin ümumi həcmindən 52,5 faiz mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5 faiz artaraq 70,2 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq xidmət göstərilib, onların 56,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb.


Teqlər:



Xəbər lenti